192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rusiyalı ekspert: Azərbaycanlı biznesmenlərin oğulları İŞİD-ə qoşulurdular
2018-11-29 11:39:20

Oxu.Az-ın müxbiri ilə söhbətində Rusiya politoloqlar cəmiyyətinin eksperti, Müasir Əfqanıstanın araşdırılması mərkəzinin aparıcı mütəxəssisi Andrey Serenko deyib ki, İŞİD terror təşkilatının “Qafqaz fraksiyası” hər zaman nüfuzlu və çoxsaylı bölmələrdən biri olub.

Mənə məlum olan rəqəmlərə əsasən, 2013-2016-cı illər ərazində mindən çox azərbaycanlı İŞİD-ə qoşulub. Söhbət qonşu Türkiyədən Suriyaya gedən Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Rusiyada yaşayan və bu ölkənin ərazisində radikal olan azərbaycanlılardan da gedir”, - ekspert bildirib. 

Andrey Serenko  deyib ki, Rusiyanın regionlarında yaşayan gənc azərbaycanlıların – Rusiya universitetlərinin tələbələrinin, kifayət qədər uğurlu biznesmenlərin oğullarının Suriyaya getməsi və İŞİD-ə qoşulması ona məlumdur/

“Təkrar edirəm ki, bu, kifayət qədər varlı və təhsilli, eyni zamanda, sələfi təriqətini qəbul edən və “cihada” görə yaxınlarını atıb gedən şəxslərdir”, - A.Serenko əlavə edib. 

2014-2015-ci illərdə Suriyada (Rəqqa) və İraqda azərbaycanlılardan ibarət 50-100 nəfərlik bölmələr fəaliyyət göstəriridi.

“Ola bilsin ki, bu səbəblərdən “xilafətin tərkibinə” daxil olmazdan əvvəl azərbaycanlı döyüşçülər İslamın şiə təriqətinə üstünlük verirdilər, onlar İŞİD-in təhlükəsizlik və kəşfiyyat xidməti olan “Təhlükəsizlik xidməti”nin agentlər tərəfindən izlənirdi. 2015-ci ilin yanvarında əmirliyin agentləri azərbaycanlı komandir Sirac Azərini casusluqda ittiham etdilər və o, İŞİD-in şəriət məhkəməsinin qərarı ilə edam olundu”, - müsahibimiz əlavə edib. 

O bildirib ki, bəzi mənbələrə görə, İŞİD-dəki azərbaycanlı döyüşçülər üçün rahatlıq yox idi.