Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Corc Kent: “ABŞ Azərbaycanda sistemli islahatları təşviq edir”
2019-06-12 14:29:33

İyunun 11-də Vaşinqtonda Azərbaycan hökumət nümayəndə heyətilə keçirilən müzakirələrin əsas mövzusu demokratik idarəetmə, vətəndaş cəmiyyəti və bir sıra digər məsələlər olub. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev öz ölkəsinin cari xarici siyasi təşəbbüsləri, Qafqaz regionundakı qonşuları və Qərbdəki strateji tərəfdaşları ilə qarşılıqlı fəaliyyət planları haqda danışmaq üçün bu həftənin əvvəlində ABŞ paytaxtına gedib, Vaşinqtondakı mənbələr bildiriblər.

"Biz Azərbaycanla və Cənubi Qafqazdakı digər tərəfdaşlarımız ilə təhlükəsiz, demokratik, dinc və çiçəklənən, mənfi xarici təsirdən uzaq olan Qafqaz regionu üzrə fəal iş aparırıq", - Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Demokratiyaya gəlincə, ABŞ Azərbaycanda sistemli islahatlara doğru bütün addımları, əsasən qanunun aliliyi, insan hüquq və əsas azadlıqları sahəsində təşviq etməyə davam edir", - ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent çərşənbə axşamı Atlantika Şurasının təşkil etdiyi tədbirdə deyib.