192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Döyülən direktor: "İşdən çıxmaq haqda müraciət də edəcəyəm"
2018-11-29 12:40:03


Noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aktyor Rza Rzayev tərəfindən döyülən 175 nömrəli orta məktəbin direktoru Tural Mirzəliyev bu gün evə buraxılıb. Direktor  deyir ki, indi ailəni təhdid edirlər.

"Bu gün sosial şəbəkələr üzərindən müxtəlif saxta profillər vasitəsilə ailəmi təhdid edirlər. Bütün bunlar insanı ağrıdır. Bu barədə hələ ki, tam ətraflı düşünməmişəm. Məktəbin nailiyyətlər əldə edərək daha da irəliləməsi mənim işləmək bacarığımın bir göstəricisi olacaq. Bu zaman öz istəyimlə direktor kimi fəaliyyətimi davam etdirəcəyəm. Əksinə, nəticələr aşağı olarsa, o zaman rəhbərliyə müraciət edəcəyəm. Bu müraciətdə baş verən hadisələrin mənə, işimə və məktəbin fəaliyyətinə mane olduğunu bildirəcəyəm. Məktəb zərər görməsin deyə, işdən çıxmaq haqda müraciət edəcəyəm"-deyə direktor qeyd edib.