Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Avropa şirkətlərinə görə Azərbaycanda biznes üçün risklər
2019-06-13 12:09:50

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətlərinin 65%-i Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirir.

Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir.

Sənədə əsasən, Aİ şirkətlərinin 75%-i yenidən Azərbaycana investisiya qoya biləcəklərini, 18%-i buna əmin olmadığını, 7%-i isə ölkəyə yenidən investisiya qoymayacağını qeyd edib.

Bundan başqa, şirkətlərin 64%-i bu il ölkənin iqtisadi perspektivlərin sabit qalacağını bildirib.

Şirkətlər Azərbaycanda biznes üçün riskləri də açıqlayıb. Rəyi soruşulanların 68%-i bazarın qeyri- müəyyən istiqamətdə inkişafını, 61%-i bürokratiyanı, 57%-i korrupsiyanı, 53%-i ixtisaslı kadr çatışmazlığını, 46%-i isə inflyasiyanı risk kimi göstəriblər.

Həmçinin, Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətləri ölkədə gözlədikləri 5 vacib islahatı açıqlayıblar.

Sənədə əsasən, rəyi soruşulan şirkətlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasını, 16%-i gömrük sistemində şəffaflığın artırılmasını, 13%-i təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13%-i hüquq sistemində şəffaflığın təmin edilməsini, 11%-i isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər.

Marja