Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ermənistan silah növlərinin artırılması istiqamətində işlər görür
2019-06-13 13:25:12

ER hökuməti, Müdafiə nazirliyi silah növlərinin artırılması istiqamətində işlər görür. Bu barədə  jurnalistlərlə  söhbətdə ER Müdafiə nazirinin mətbuat katibi Artsrun Hovhannisyan Sankt-Peterburqda RF Prezidenti Vladimir Putin ilə görüş zamanı  yeni silah partiyasının alınmasıylə bağlı müzakirələrin olması barədə suala toxunaraq deyib.

“Silahların alınması prosesi olduqca mürəkkəbdir,  bir dəfədə müəyyən edilməyən dövlət  funksiyasıdır. Bizim silahların alınması üçün normal prosesimiz və təchizatlarımız var. Baş nazirin bildirildiyinə əsasən, biz təbii olaraq, bu növləri artırmaq, digər növləri əldə etmək istəyirik.  Söz kiçik taktiki silahlar barədə deyildir. Biz bu istiqamətində işlər görürük”- deyə Hovhannisyan qeyd edib.

Ermənistan üçün prioritet silah növlərinin olması barədə suala cavab verərək, mətbuat katibi qeyd edib ki, ölkənin hərbi-siyasi liderliyi tərəfindən  dəfələrlə dediyi kimi, bunlar bizim yeni strategiyamız ilə uyğun yeni nəsilli, yüksək dəqiqlikli,  uzun məsafəli hücum edən, çox funksiyalı silah növləridir.