192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Naxçıvanın keçmiş nazirinin qardaşı külli miqdarda əmlak əldə etməkdə günahlandırılır
2018-11-29 17:52:00

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Report agentliyi bildirir ki, Ə.Əhmədov iki nəfər şəxsin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun barəsində bu il həbs qətimkan tədbiri seçilib.

Əhməd Əhmədov 16 iyun 2000-ci ildən 28 iyul 2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olub. Yerli medianın məlumatına görə, Əhməd Əhmədovun vəzifədən azad edilməsi 2017-ci iilin iyununda Naxçıvan gömrüyündə 93 kiloqram heroin tutulmasından sonraya təsadüf edir. Əhməd Əhmədov vəzifədən azad edildikdən sonra isə onun qardaşı Əvəz Əhmədova qarşı ittiham irəli sürülüb.