Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanlı jurnalist dövlətə xəyanət ittihamı ilə məsuliyyətə cəlb edilib
2019-06-14 10:41:02

"Xeberman.com" və "Press-az.com" informasiya saytlarının təsisçisi və redaktoru Polad İsrail oğlu Aslanov dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin 13 iyun tarixli məlumatında deyilir.

Məlumata görə, Aslanovun xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirdiyi, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edildiyi müəyyən edilib.

P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan dövlətini təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

Məlumata görə, istintaq zamanı P.Aslanovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, P.Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.