Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
N.Paşinyan: “ Əgər Azərbaycan prezidenti öz ölkəsinin bütün vətəndaşlarını DQ danışıqlarında təqdim etmək hüququna malik deyilsə, bəlkə talışlar, ləzgilər, və kürdlər də ayrılıqda gəlməlidir?”
2019-06-14 11:27:08

Əgər Azərbaycan prezidenti öz ölkəsinin bütün vətəndaşlarını DQ danışıqlarında təqdim etmək hüququna malik deyilsə, bəlkə talışlar, ləzgilər, və kürdlər də ayrılıqda gəlməlidir?”. ”Şant” telekanalına verdiyi müstəsna müsahibədə, ER Baş naziri Nikol Paşinyan, Azərbaycanın “Artsax danışıq masası ətrafına qayıda bilər, əgər danışıqlarda belə adlanan “Qarabağın azərbaycanlı icması” da iştirak edərsə bəyanatına toxunmaqla qeyd edib.

“Azərbaycanda “Qarabağın azərbaycanlı icması” demək adətə çevrilib. Lakin həmin icmanın hamısı da Azərbaycan vətəndaşlaıdır.Onlar Azərbaycanın parlament, prezident seçkilərində iştirak edir. Odur ki, onlar danışıq masası ətrafında artıq iştirak edirlər. Çünki onlar seçkilərdə iştirak etməklə danışıq masası ətrafında öz nümayəndəsi kimi Azərbaycan prezidentini seçmişlər”-deyərək Nikol Paşinyan sonra əlavə edib:

“Əgər Azərbaycan tərəfindən həm prezident həm də, icma nümayəndəsi iştirak edirsə demək orada leqitimlik məsələsi doğulur. Belə olan halda elə çıxır ki, Azərbaycanda vətəndaşlar var ki, onları Azərbaycan prezidenti təqdim etmək səlahiyyətində deyilmi?.
Buradan sual irəli gəlir, məgər yalnız həmin icma nümayəndələrinəmi Azərbaycan prezidentinin təmsil etmək hüququ yoxdur?.Bəlkə Bakı azərbaycanlılarını da , yaxud Kirovabadın, yaxud milli azlıqların nümayəndələrini
təqdim etmək səlahiyyəti çatmır?”.

Baş nazirin sözlərinə görə, danışıqlarda erməni tərəfi üçün, Azərbaycan nümayəndə heyətinin hansı tərkiblə gəlməsinin heç bir fərqi yoxdur.Həmin tərkib məsələlər irəli sürəcək: “Bizim amilimizdə oxşar məsələlər irəli sürülməyəcək.Nə qədər ki, Ermənistan nümayəndəliyi var və onun nümayəndəsi var. Həmçinin Qarabağ nümayəndəliyi və özünün təmsilçisi var. Artsax Respublikanın nümayəndəsi yalnız Artsaxın bütün vətəndaşlarını təmsil etmək səlahiyyətinə malikdir.

Əgər Azərbaycan prezidenti öz ölkəsinin bütün vətəndaşlarını təmsil etmək hüququna malik deyilsə,onda həmin vətəndaşların qrupları danışıqlara gəlməlidirlər.Qoy gəlsinlər, lakin belə olan halda suallar doğacaqdır bəlkə də talışların ləzgilərin və kürdlərin nümayəndələri ayrı-ayrılıqda gəlsinlər?.Bakının ayrılıqda və beləliklə davam olunsun?”-deyərək o, vurğulayıb.