192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda canavar məktəblilərə və kənd sakinlərinə hücum edib
2018-11-29 16:57:00

Noyabrın 29-da səhər Astara rayonunda canavar sürüsü adamlara hücum edib. Astara Rayon İcra Hakimiyyətindən Turan-a bildiriblər ki, dağətəyi Şüvü kəndi ərazisində canavarlar 4 məktəblini dişləyib. Sekraşan kəndində 1 nəfər, Züngüləş kəndində isə 2 nəfərə canavar hücum edib. Yaralıların vəziyyəti orta ağırdır, Astara rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Onlar əməliyyat edilib, yaraları tikilib və quduzluq əleyhinə vaksinlər vurulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələlik baş verənləri şərh etmir.