Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ekspert: “Gənclərin elmlə məşğul olmasında problemlər var”
2019-06-14 16:19:11

Prezident İlham Əliyevin elmi adların və dərəcələrin verilməsinə dair təsdiq etdiyi əsasnamələrlə Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirilib, artıq maneələr aradan qaldırılıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, AMEA-nın özündə gənclərin elmə gəlməsinə maneələr var: “Son illər ərzində gənclərin bakalavr pilləsini bitirdikdən sonra elmdə qalması ciddi şəkildə aşağı düşüb. Bu gün Azərbaycanda 30 yaşdan aşağı bir nəfər də olsun elmlər doktoru yoxdur. AMEA-nın nəzdindəki müəyyən institutların rəhbərləri, əməkdaşları ciddi şəkildə gənclərin elmlə məşğul olmasına mane olurlar. Bu gün Azərbaycan alimi dünya elmində çox da ciddi qəbul olunmur. Gənclərin elmə gəlməsinə mane olan səbəblərdən ilki elmə görə verilən əmək haqlarının çox aşağı olmasıdır. Təbii ki, bu qədər yüksək bilik və bacarıqlara malik şəxslər elmdə qalmağa üstünlük vermir, digər sahələrdə daha yüksək əmək haqqı ala biləcəklərinə görə elmdən gedirlər”.