192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
''''Azəriqaz'' vətəndaşlara qeyri-qanuni cərimələr yazır''
2018-11-29 16:36:06

Mingəçevir şəhər Təbriz küçəsi 42-də 4 binanın sakinlərinə məxsus mağarda qaz sayğacı xarab olub. Məlum olub ki, sayğacın içinə qarışqalar girib. Tərtər Regional Qaz İstismar İdarəsinin aktında da göstərilir ki, sayğacın dövlət yoxlanması zamanı içərisinə qarışqalar dolduğu, buna görə xarab olduğu təsdiqlənib.

1 ildir sakinlərlə qaz idarəsinin mübahisəsi bitmir. Sakinlərin sözlərinə görə, sayğacın xarab olmasına qarışqalar səbəb olsa da, regional qaz istismar idarəsinin Mingəçevir xidmət sahəsi itirilmiş qazlara görə onlardan ödəniş tələb edir. Artıq mağara qaz verilişi dayandırılıb.

Son illər “Azəriqaz” İstehsalat Birliyinin sayğaca kənar müdaxilə adı ilə cərimələr tətbiq edilməsilə bağlı şikayətlər artıb. Məsələn, Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri iddia edirlər ki, yol təmiri zamanı qaz xətti zədələnib. Nəticədə 10-a yaxın sakinin sayğacı dəyişdirilib. Ötən həftə həmin sakinlərin hər birinə 200-350 manat arası cərimələr gəlib.

“Qaz xətti zədələndiyindən sayğacı dəyişdiriblər. İndi isə bizə deyirlər ki, cərimənin əsassız olduğunu sübut etmək üçün məhkəməyə müraciət edək”, - sakinlərdən Nuriyyə Hüseynova deyir.

Daha bir şikayət Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsindəndir. Küçədə bir neçə abonentin qazı kəsilib. Onlara bildiriblər ki, sayğaca müdaxilə olduğu üçün cərimə ödəməlidirlər.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı deyir ki, “Azəriqaz”dan şikayətlər kütləvi hal alıb. Özü də təkcə sayğaclara görə cərimə tətbiqi ilə bağlı deyil: “Az qala hər gün respublikanın müxtəlif bölgəsindən şikayətlər gəlir. Masallı rayonunun Qəriblər kəndində abonentlərin qaz sayğacı yararsız hala salınıb, əvəzində sakinləri cərimələyiblər. Abonentlər qaz idarəsinin əməkdaşlarının səslərini yazıb idarə rəisinə göndəriblər. Təşkilatımıza edilən müraciətdə deyilir ki, Bakıda 100-dən çox məktəbdə qaz sayğacları çıxarılıb. Guya ki, sayğacların batareyası işləmir. Qaz üçün ödəniş normativlə hesablanır, bu isə itirilmiş qazın yerinin doldurulmasına xidmət edir”.

Təşkilat Azəriqaz İB-nin əhalinin qazla təminatında olan problemləri araşdırıb. Araşdırmada göstərilir ki, qaz itkisi var və bu itki cərimə kimi əhalinin hesabına ödənilir.