192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
2017-ci ildə Azərbaycanda 570 yeni HİV hadisəsi aşkar edilib
2018-11-30 14:39:00

Azərbaycan Avropa ölkələri arasında insanda immun çatışmazlığı virusunun nisbətən yüksək sürətlə yayıldığı ölkələr sırasına daxildir.

Aİ-nin strukturuna daxil olan Avropa Xəstəliklərin Profilaktikası və NəzarətiMərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən hazırlanmış və noyabrın 28-də dərc edilmiş araşdırmanın müəllifləri bu nəticəyə gəlib.

Bu məlumatlara əsasən, 2017-ci il ərzində Azərbaycanda 570 yeni HİV hadisəsi və ya hər 100 min nəfərə 5,8 hadisə qeydə alınıb. Ermənistanda HİV daşıyıcılarının sayı qonşularla müqayisədə iki dəfədən də çox azdır․Ümumilikdə ölkədə rəsmi olaraq 6755 HİV daşıyıcısı var. Cənubi Qafqazda bu göstərici Gürcüstanla (6762) eyni səviyyədədir. 

Ümumilikdə ötən il ərzində Avropa ölkələrində 159 min yeni HİV infeksiyasına yoluxma hadisəsi qeydə alınıb, onların 130 mini Şərqi Avropada, 104 mini Rusiyada qeydə alınıb.