192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Apellyasiya Məhkəməsi Əfqan Sadıqlını həbsdə saxlayıb
2018-11-30 16:21:00

Bu gün Bakı Apellyasiya Məhkəməsində azel.tv saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqlının 30 sutka inzibati həbsindən şikayətinə baxılıb.

O, noyabrın 27-də şəhid ailələrinin nümayəndələrinin prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası zamanı saxlanılıb. Polisin məlumatına görə, o, səs salıb, asayişi pozub, ona irad bildirində isə tabe olmayıb.

Bugünkü proses zamanı müdafiə tərəfi prezident Administrasiyasının ətrafındakı müşahidə kamerasından qeydlərin götürülməsi barədə sorğuya, etiraz aksiyasından çəkiliş edən və saxlanmanı görən şahid jurnalistlərin dindirilməsinə dair vəsait qaldırıb. Lakin hakim vəsatətləri təmin etməyib.

Ə.Sadıqlı polisin protokolunda yazılanları və Səbayel məhkəməsinin qərarını yalan adlandıraraq qeyd edib ki, onu qəflətən mülki geyimli şəxslər saxlayaraq zorla maşına oturdublar. Əvvəlcə Səbayel Rayon Polis İdarəsinə aparıblar, sonra protokol tərtib edərək məhkəməyə aparıblar. O, Apellyasiya Məhkəməsindən həbs barədə qərarın ləğvini xahiş edib. Lakin hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ə.Sadıqlı deyib ki, artıq Avropa məhkəməsində onun əvvəlki işlər üzrə üç şikayəti var, indi dördüncünü göndərəcək.