192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
K.Zatulin: “Mənim şəxsi fikrimcə, RF tərəfindən Azərbayacana silah satışı ilə bağlı Ermənistanın narahatlığa diqqət yetirilməlidir”
2018-11-30 15:30:51

Mənim şəxsi fikrimcə, RF  tərəfindən Azərbayacana     silah satışı nəticəsində  Ermənistanda irəli sürülən  narahatlığa diqqət yetirilməlidir.Bu haqda bu gün  “Lazaryev klubu” iclasından sonra  jurnalistlərlə   brifinq ərzində RF  Dövlət Dümasının  MDB işləri üzrə ,Avrasiyayla inteqrasiya və  həmvətənlər  ilə  əlaqələr  komitəsi sədrinin birinci müavini  Konstantin Zatulin   bildirib. Jurnalistlər Belarus və Rusiya tərəfindən mütəmadi şəkildə Azərbaycana silahlar satışını necə qiymətləndirildiyini   soruşdular. “Belarusa gəlincə, mən hakim deyiləm. Deyə bilərəm ki, bu məsələlərlə bağlı KTMT çərçivəsində müzakirə olunmalı və öhdəliyin əhatə dairəsindən kənara çıxarsa, bu istiqamətdə müəyyən qərarlar qəbul edilməlidir. Bildiyimiz kimi, indiyə kimi silah almaq üçün heç bir rəsmi qadağa və ya icazə  mövcud  olmayıb”-  deyərək Konstantin Zatulin bəyan edib. Onun sözlərinə görə, silahlar Azərbaycana satılır, Ermənistansa verilir”."Mən şəxsən bu xüsusda vurğulamaq istəyirəm ki, təbii ki, bu mənim şəxsi fikrimdir,biz gərək Ermənistanın bu məsələ ətrafında olan narahatlığına diqqət yetirək,xüsusilə 2016-cı ilin aprelində  baş vermiş dörd günlük  münaqişə kontekstində bunu nəzərə almalıyıq. Mənim fikrim sirr deyil və onu bütün formatlarda dəstəkləyirəm”-deyərək  K.Zatulin bəyan edib.