192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda yaşayış minimumu 7 manat artdı
2018-11-30 17:54:00

Bu gün, noyabrın 30-daAzərbaycan  Milli Məclisi 2019-cu ilin ehtiyac meyarı və yaşayış minimumunu yekun-üçüncü oxunuşda təsdiqləyib.

«2019-cu il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin olunması məqsədilə gələn il üzrə ehtiyac meyarının həddi 143 manat müəyyən edilib.

Bununla yanaşı, yaşayış minimumu ölkə üzrə 180 manata çatdırılıb. Bu, əməkqabiliyyətli əhali üzrə 191 manat, pensiyaçılarda 149 manat, uşaqlardan ötrü isə 160 manat müəyyənləşib.

Bu il Azərbaycanda yaşayış minimumu bundan cəmi 7 manat az, 173 manat idi. 2017-ci ildə isə Azərbaycan üzrə yaşayış minimumu 155 manat müəyyən edilmişdi.

2018-ci ildə Azərbaycanda yaşayış üzrə ehtiyac meyarının həddi isə 130 manat olmuşdu.