192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda qadınların əsas problemlərindən biri məişət zorakılığıdır
2018-12-01 14:00:00

Azərbaycanın Daxili işlər Nazirliyinin Baş ictimai təhlükəsizlik İdarəsindən verilən məlumata görə, 2018-ci ildə Azərbaycanda qadına qarşı şiddətlə bağlı törədilmiş cinayətlərdə, 135 intihar və intihar həddinə çatdırma cəhdi qeydə alınıb. 112 qadın ölüb, onlardan 11-i isə yetkinlik yaşına çatmayanlardır.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb. İki mindən çox şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Gender məsələləri üzrə mütəxəssis Mətanət Əzizovanın sözlərinə görə, məişət zorakılığı təkcə intihar həddinə çatdırma cəhdi ilə deyil, eyni zamanda, işgəncə və döyülmələri özündə birləşdirir. 

“Nə qədər qadınlar əlil olub, özlərinə qəsd etməyə çalışıb, zorlanıb, bəziləri isə təcavüzkarlarını öldürməli olub və həbsxanalara düşüb”, - Oxu.Az-a müsahibəsində o bildirib. 

M.Əzizova deyib ki, məişət zorakılığı Azərbaycanda qadınların əsas problemlərindən biridir.