192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Criminalaz.com” baş redaktoruna qarşı yeni ittihamlar irəli sürülüb
2018-12-01 11:16:11

"Meydan.tv"nin bildirdiyinə görə, “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədova qarşı yeni ittihamlar irəli sürülüb. 

Jurnalist Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Mənbə Anar Məmmədovun noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağırıldığını deyib.

Bu maddələrlə jurnalisti 12 ilə qədər azadlıqdan məhrum etmə gözləyir.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

Elmar Vəliyevə qarşı hücum iyulun 3-də baş verib.

“Criminalaz.com” saytı məhkəmə qərarı olmadan bloklanıb.