192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Su-30SM” qırıcıların Ermənistana çatdırılması üzrə saziş müqaviləsinin imzalanmasına hazırlıq bitmək üzrədir: Davit Tonoyan
2018-12-03 10:21:44

“Su-30SM” qırıcılarının Ermənistana çatdırılması üzrə Moskva və Yerevan arasında saziş müqaviləsinin imzalanmasına hazırlıq bitmək üzrədir.

Bu haqda Ermənistanın müdafiə naziri vəzifələrini icra edən David Tonoyan TASS agentliyinə müsahibəsində bildirib.

Tonayan qeyd edib ki, tərəflər müqavilənin imzalanmasının son mərhələsinə yaxınlaşır. "Həm Rusiyada, Həm də Ermənistanda daxili prosedurlar davam etməkdədir",-deyə Tonoyan əlavə etdi.

Onun sözlərinə görə, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 mln. dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir.

Tonoyan həmçinin hərbi sferada Rusiya və Ermənistanın sıx əməkdaşlığından danışıb və qeyd edib ki, hazırda birgə tədbirə hazırlıq gedir. Ancaq o, məhz hansı tədbirdən söhbət getdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, Yerevan və Moskva 2017-ci ilin oktyabrın 24-də yeni ixracat kreditinin Ermənistana ayrılması haqqında razılaşmanı imzalayıb. Kredit Rusiyada istehsal edilmiş hərbi məhsulun çatdırılmasına xərclənəcək.