192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hüquq müdafiəçisi ailəsinin hədələndiyini bildirir
2018-12-03 10:50:22

Hüquq müdafiəçisi Avtandil Məmmədovun anası Məlahət Məmmədova deyir ki, kürəkəni Vüqar Məmmədquliyev dekabrın 2-də, bazar günü yenidən Quba Rayon Polis İdarəsinə çağrılıb. Ona polisə çağrılmasının səbəbini söyləməyiblər. Ancaq Vüqar Məmmədquliyevə deyiblər ki, rəis dekabrın 3-də işdə olacaq, bazar ertəsi gəlsin.

Bu haqda AzadlıqRadiosuna danışan Məlahət Mürşüdovanın sözlərinə görə, kürəkəni Vüqar Məmmədquliyev bir gün öncə də polisdə olub, ona orda hədə-qorxu gəliblər:

“Əgər Avtandil susmasa, kürəkənimi evinə silah, narkotika qoyacaqları ilə hədələyiblər. Eyni hədəni oğlum Bahadır Məmmədova da edirlər. O da deyirdi ki, daha dözərə bilmir, evini də, ailəsini də yandıracaq, bəlkə onda bu polislər əl çəkə”.

Quba rayonunun Rustov kəndində yaşayan Məmmədovlar ailəsi hazırda evlərinin polis nəzarətində olduğunu, evdən çıxmağa ehtiyat etdiklərini bildirirlər.

Məlahət Məmmədova söyləyib ki, o, hara şikayət edəcəyini bilmir:

“Əgər bizi qorumalı olan polis narkotika, yaxud silahla bizi qorxudurlarsa, daha dərdimizi kimə deyək?!”.

Məmmədovlar ailəsinin dediklərinə hələlik hüquq mühafizə orqanlarından açıqlama almaq mümkün olmayıb.