192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Q. İbadoğlu: “Qeyri-neft sektorunun potensialından büdcənin formalaşmasında adekvat olaraq istifadə edə bilmirik“
2018-12-03 11:49:02

Noyabrın 30-da Milli Məclis Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsini qəbul edib. 2019-cu il üzrə Azərbaycanın dövlət büdcəsi gəlirləri və xərcləri artırılıb. Bu barədə maliyyə naziri Samir Şərifov milli məclisin plenar iclasında bildirib. O, büdcəyə deputatların təklifləri nəzərə alınmaqla edilmiş dəyişiklikləri açıqlayıb. İqtisadçı alim Qubad İbadoğlu Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində Azərbaycanın dövlət büdcəsini şərh edib.

Qubad İbadoğlu büdcənin artımla qəbul olunmasına baxmayaraq, Azərbaycanın maliyyə potensialını tam əks etdirmədiyini bildirib. O qeyd edib ki, büdcədə əsas paya malik olan neft gəlirləridir.

“Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard manat təşkil edir və bu 23 milyard manatın 60 faizi neft sektorundan formalaşacaq. Yəni biz rəqəmlərə müraciət etsək, Azərbaycanın növbəti il büdcəsində neft gəlirlərinin payı 13 milyard 700 milyon manat təşkil edəcək və bu, o deməkdir ki, növbəti ilin dövlət büdcəsinin 60 faizi neft sektorundan daxilolmalar hesabına formalaşacaq. Qeyri-neft sektorunun payına gəlincə, qeyri-neft sektorunun payı 9 milyard 217 milyon manat nəzərdə tutulub. 2015-ci illə, 2014-cü illə müqayisədə ümumiyyətlə qeyri-neft sektorunun dövlət büdcəsində payı aşağı düşməkdədir. Bu onu göstərir ki, qeyri-neft sektorunun potensialından büdcənin formalaşmasında adekvat olaraq istifadə edə bilmirik.”

Qubad İbadoğlu büdcənin xərclər hissəsində ədalətsiz bölgünün nəzərə çarpdığını bildirib.

“Azərbaycanın növbəti ilinin büdcəsindən 50 qəpik elmə xərclənəcək, amma göründüyü kimi, 40 qəpik tikintiyə xərclənəcək. Yəni elm xərcləridir, eyni zamanda, sosial ipotekadır və ekologiya xərcləridir, bunlar 50 qəpik ətrafında olacaq. Yəni hər 100 manatın 50 qəpiyi demək olar ki, elmə gedir, hər 100 manatın 40 qəpiyi isə tikintiyə gedəcək. Hər 100 manatın 60 qəpiyi sosial ipotekaya gedəcək, hər 100 manatın 40 qəpiyi isə tikintiyə gedəcək. Yəni burada həm sosial yönümlülük zəifdir, həm də ki belə desək, elmə, insanın inkişafına qoyulan sərmayələrin də payı azlıq təşkil edir.”

Qubad İbadoğlu qeyd edib ki, büdcənin zəif tərəflərindən biri onun dünya bazarında neftin qiyməti və neft gəlirlərindən asılı olmasıdır. İbadoğlu Azərbaycan dövlət büdcəsini neftlə zəngin Rusiya və Qazaxıstanın büdcələri ilə müqayisə edərək, Azərbaycanda hər adama düşən gəlirlərin daha aşağı olduğunu qeyd edib.