192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İran-Azərbaycan sərhədində atışma olub, 1 nəfər tutulub
2018-12-03 12:52:24

Xezerxeber.az bildirir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Sərhəd Qo­şunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonu­nun Edişə kəndi ya­xın­lığındakı sərhəd zas­tavasının xidmət sa­həsində sərhədçilər tərəfindən İrandan Azər­baycan istiqamətində 2 nəfər naməlum şəxsin qaçması aşkar olunub. Bu zaman sərhəd naryadının "Dayan" komandasına tabe olmayan həmin şəxlər sərhədçilərə qarşı avto­mat silahdan atəş açmağa başlayıblar.

Cavab atəşi ilə sərhəd pozucularından biri ayağından yaralanaraq hadisə yerində tutulsa da, digər sər­həd pozucusu qaça bilib. Əraziyə baxış zamanı hadisə yerində 1 ədəd AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunub. Silahlı müqavimət zamanı Azərbaycan sərhədçiləri arasında yaralanan və xəsarət alan olmasa da, sərhəd naryadına qarşı pozucular tərəfindən 20-dən çox güllə atılıb. Nəticədə Dövlət Sərhəd Xidmətinin xidməti avtomobilənə ziyan dəyib.

Araşdırma zamanı saxlanılan şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilib. Həmin şəxs Cəlilabad rayonu mərkəzi xəstəxanasına yerləşdirilərək ona təcili tibbi yardım göstərilib. Bununla yanaşı məlum olub ki, Şəhzad Nəsiri 2007-ci ildə də həm dövlət sərhədini qanunsuz pozduğuna, həm də narkotik qa­çaqmalçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycanda həbs olunub. 2014-cü ildə isə Ədliyyə Nazirliyinin Peniten­siar Xidməti tərəfindən İrana təhvil verilib. Həmin şəxsin cinayəti təkcə bununla yekunlaşmıyıb. Araşdırma zamanı o da məlum olub ki, Şəhzad Nəsiri bu ilin iyun ayında "Göytəpə" sərhəd dəstəsinin xidməti sahəsində sərhəd naryadına qarşı si­lahlı müqavimət göstərməklə çavuş Ramazan Kurupovu da yaralayıb.