192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakıya axının qarşısını almaq mümkün olacaqmı?
2018-12-03 13:46:46

"Oxu.az" saytında "Bakıya axının qarşısını almaq mümkün olacaqmı?-təkliflər" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif ölkə əhalisinin Bakıya axın etməsi və bunun aradan qaldırılması yolları barədə deputatların təkliflərini diqqətə çatdırır.

Müəllifə görə, Bakıda ölkə vətəndaşlarının cəmləşməsinin bir neçə səbəbi var, bunlardan biri XX əsrin 80-ci illərinin sonlarında başlayan Qarabağ münaqişəsidirsə, digər bir səbəb ölkə regionlarında yaşanan problemlərdir, daha bir səbəb isə yeni iş yerlərinin çoxunun Bakıda açılmasıdır: "Onu da qeyd edək ki, əgər 90-cı illərin əvvəllərində Bakıda təxminən milyon yarım-iki milyon arasında əhali məskunlaşmışdısa, indi qeydiyyatlı və qeydiyyatsız paytaxtda təxminən dörd milyon-dörd milyon yarım civarında insan yaşamaqdadır".

Müəllif xatırladır ki, Bakıda sıxlıq və tıxac problemi o həddə çatıb ki, hətta paytaxtın başqa şəhərə (daha çox Gəncə istiqamətinə) köçürülməsi və yeni paytaxt şəhər salınması, bəzi nazirliklərin, dövlət qurumlarının, ali məktəb ocaqlarının regionlara köçürülməsi məsələsini aktuallaşdırıb.

Yazı müəllifi vurğulayır ki, bu yöndə deputat Ziyad Səmədzadə Bakıda sıxlığı və tıxacı aradan qaldırmaq üçün iş yerlərinin çoxunun Sumqayıt şəhərində açılması təklifini irəli sürüb.

Məqalə müəllifi deyir ki, deputat Fazil Mustafa da parlamentin son bir neçə iclasında Bakıda sıxlıq, tıxac və ağır ekoloji problemi aradan qaldırmağın yolunu regionlara dönüş proqramının hazırlanmasında gördüyünü bildirib: "Ona görə hesab edirəm ki, təcili şəkildə regionlara dönüş adlı proqram qəbul edilməli və icra olunmalıdır. İnsanların yenidən bölgələrə qayıdışı üçün bütün lazımi stimullaşdırıcı addımlar atılmalıdır. Yeni iş yerləri, zavod, fabriklər, emal və sənaye müəssisələri açılmalıdır. Həmçinin səsləndirdiyim bir fikri yenidən dilə gətirmək istəyirəm ki, ölkənin ikinci şəhəri olan Gəncədə BDU tipli universitet açılmalıdır".

Müəllifin deməsinə görə, F.Mustafa Gəncədə illərdir ki, Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti və Aqrar Universitet kimi üç ali məktəbin fəaliyyət göstərdiyini söyləsə də bunun yetərli olmadığı düşüncəsindədir.

Müəllif deyir ki, deputat Gəncədə məhz BDU tipli universitetə ehtiyacın olmasında israr edir və bununla həm də Bakıya tələbə axınının qarşısını almağın mümkünlüyünü bildirir.

Yazı müəllifi vurğulayır ki, F.Mustafa eyni zamanda Bakının tıxac, sıxlıq və digər problemlərdən qurtulması üçün çox ciddi və çevik addımlara ehtiyac olması qənaətindədir