192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Quşlar tələf olur, Bakıda yumurta limitlə satılır
2018-12-03 14:57:29

"Modern.az" saytında "Quşlar tələf olur, Bakıda yumurta limitlə satılır" sərlövhəli məqalə oxumaq olar.

Müəllif Bakıda yumurta qıtlığı yaranmasının səbəblərini müzakirə müstəvisinə gətirib.

Bu il sentyabr ayının sonlarından Azərbaycanda, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yarandığını iddia edən müəllif ekspertlərin bunu quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması, bu təsərrüfatların zərərlə işləməsilə əsaslandırdıqlarını deyir.

Müəllif deyir ki, rəsmilər belə halların olmasını təkzib edirlər, amma yerlərdən aldıqları məlumatlara əsasən Siyəzən və Hacıqabulun quşçuluq təsərrüfatlarında quşların kütləvi tələf olması halları qeydə alınıb.

Məqalədə deyilir ki, Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev hələ iki ay əvvəl bu qıtlığı gah paytaxta tələbələrin axını ilə, gah da yeni fərələrin az yumurtlaması ilə əlaqələndirdi, ötən günlərdə isə problemin tamamilə aradan qaldırıldığını söylədi.

Müəllif deyir ki, Qida Təhlükəsizliyi Agentliyinin (QTA) "modern.az"a cavabı da təxminən Respublika Quşçular Cəmiyyətinin mövqeyilə üst-üstə düşür:

"Hazırda Azərbaycanın quş əti və yumurta istehsalı potensialı kifayət qədər yüksəkdir. Mövsümlə əlaqədar satış məntəqələrində bu məhsullara tələbat artıb.

Buna baxmayaraq, quş əti və yumurtaya olan tələbat ödənilir. Əhalinin quş əti və yumurta ilə təhlükəsiz təmin olunması məqsədilə QTA mütəmadi tədbirlər həyata keçirir. İndiyədək aparılan monitorinqlər zamanı xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quşa rast gəlinməyib".

Müəllif isə bu rəsmi mövqeyə inandırıcı yanaşmır və bildirir ki, "modern.az" əməkdaşının paytaxtın bir neçə iri marketində apardığı müşahidələr bunun tam əksini deməyə əsas verir.

Məqalə müəllifi qiymətlərin süni artımının aradan qaldırıldığnı deyərək sentyabr-oktyabr aylarında ədədi 20-22 qəpiyədək bahalaşan yumurtanın qiymətinin hazırda 17-19 qəpik civarında olduğunu bildirir: "Amma qıtlıq hələ də qalır, qıtlıq olmasaydı, rəsmi rəqəmlərdə daxili istehsalı 100 faizi keçən yumurta, istehlakçıya limitlə satılmazdı.

Müəllif iddia edir ki, Qaraçuxur qəsəbəsində yerləşən "Xəzər" supermarketində 30 ədəd yumurta almaq istəyən vətəndaşa, satıcı bunun mümkünsüz olduğunu bildirib: "Rəhbərliyin xüsusi göstərişi var, yumurta bir şəxsə yalnız 20 ədəd olmaqla satılır. Əvvəl hələ limit 10 idi, ölkədə yumurta yoxdur. Biz də çalışırıq ki, müraciət edən hər bir vətəndaşın tələbatını qismən də olsa ödəyək. Narazılıqlar var, amma bunun həlli bizdən asılı deyil".