192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan enerji qənaət və bərpa olunan enerji sahəsində liderdir: Yerevanda konfrans keçirilib
2018-12-03 13:15:01

Bu gün Yerevanda “Ermənistan:  sabit enerjinin  inkişaf mayakı” adıyla  konfrans başlanıb. Onun məqsədi  Aİ yeni qonşuluq ölkələrinin iştirakıyla sabit enerji sahəsində  olan çağırışların və onların həlli uğurlarının çoxtərəfli müzakirəsinin təşkil edilməsidir. 

Konfransda  Gürcüstan, Belarus, Ukrayina və Moldova  dövlət və ictimai qurumlarının 120 ekspertləri,  ER ərazisində  fəaliyyət göstərən  diplomatik qurumların nümayəndələri iştirak edir.

Enerji qənaət  dəsətəyi Fondunun direktoru Astghine  Pasoyan  qeyd edib ki, tədbir  sabit  enerjinin təşviq sahəsində Ermənistanın təcrübəsinə həsr olunur.

“Ermənistan enerji, enerji qənaət və bərpa olunan enerji sahəsində birmənalı liderdir.  Bu gün bir sıra  ölkələrin nümayəndələri Ermənistanın təcrübəsiylə tanış olmaq, öz təcrübəsiylə bölüşmək, eləcə də  regional əməkdaşlıq, dialoq və təcrübənin mübadiləsi üçün platforma  yaratmaq məqsədilə buradadır.

Konrad  Adenauer Fondunun Cənubi  Qafqazın siyasi dialoqunun regional proqram direktoru Tomas Şrapel qeyd edib ki, bərpa olunan  enerji sahəsində  Ermənistanda dəqiq  addımlar aparılmışdır.  Bugünki vəziyyətdə  Ermənistanın elektrik enerjisinin  istehsalının 31 faizi bərpa olunan mənbədən təmin olunur.