192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Artsax hakimiyyətləri Əsgərovun və Quliyevin azad edilməsi barədə danışıqlar aparmır: Dövlət komissiyası
2018-12-03 14:34:08

Artsax Respublikasının  hakimiyyətləri  Dilham Əsgərovun və Şahbaz Quliyevin azad edilməsiylə bağlı danışıqlar aparmayıb və aparmır.

Bu barədə "NEWS.am"-ə vermiş müsahibə zamanı  Artsax Respublikasının  Əsir, girov və itkin düşmüş şəxslərin məsələləri üzrə Dövlət komissiyasının sədr müavini  Marat Galstyan deyib.

“Beynəlxalq humanitar  hüquq  normlarına əsasən, Dilham Əsgərov  və Şahbaz Quliyev    nə əsir, nə də girov sayılmır.  Azərbaycanın adı çəkilən  vətəndaşları  qanunsuz olaraq Artsax  Respublikasının ərazisinə girib və bir sıra  ağır və xüsusilə ağır cinayətlər yerinə yetirib, o cümələdən 17 yaşlı  Smbat Tsankanyanı oğurlayıb və öldürüb. Buna görə  Artsax Respublikasının  məhkəməsinin hökmiylə  öz cəzası çəkir.

Bu səbəblə  Dilham Əsgərov və Şahbaz Quliyevin məsələsi Artsax Respublikasının əsir, girov və itkin düşmüş şəxslərin məsələləri üzrə Dövlət komissiyasının səlahiyyətində deyildir.  Bu mövqə  Beynəlxalq iş qrupuna verilib.  Bundan başqa,  Beynəlxalq iş qrupunun  nümayəndələrinin Şuşinin cəzaçəkmə müəssisəsini ziyarəti və adı çəkilən şəxsləriylə xüsusi  görüşün təşkiliylə Əsir, girov və  itkin düşmüş  şəxslərin məsələləri üzrə  Dövlət komissiyası deyil,  Artsax Respublikasının  insan hüquqlarının müdafiəçisinin ofisi məşğul olurdu.

Həm də vurğulamaq istəyərdim ki,  Artsax Respublikasının hakimiyyətləri Dilham Əsgərovun və Şahbaz Quliyevin azad edilməsiylə bağlı danışıqlar aparmayıb və aparmır. 

Biz inanırıq ki,  həll edilməmiş münaqişə  cinayətlərin   yerinə yetirilməsi üçün  nə əsaslandırma, nə də icazə kimi  xidmət edə bilməz. Həmin şəxslər tərəfindən  yerinə yetirilmiş cinayətlərin haqq qazandırması üçün Azərbaycan  hakimiyyəltərinin  cəhdləri  və onları azad etmək məsələsində dəstək vermək üçün  beynəlxalq cəmiyyətinə yönəlmiş  müraciətlər Azərbaycan tərəfindən  Artsax sakinlərinin hüquqlarının, o cümlədən  həyat və  hüquq müdafiəsi  haqqlarının inkarı  göstərir”- deyə  Marat Galstyan deyib.