192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda sabiq nazir müavininin qohumu həbs olundu
2018-12-03 16:58:32

2004-2015-ci illərdə «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri, 2015-ci ildən Nəqliyyat Nazirliyi ləğv olunana qədər (2017-ci ilin fevralı) isə nazir müavini olmuş Arif Əsgərov və oğlunu ittiham edən qohumu Rahib Hüseynov həbs edilib. Sabiq nazir müavininin baldızı oğlu olan R.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində həbs olunub.

Bir ildən çoxdur bu məhkəmədə CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan R.Hüseynovun mühakiməsi gedir. Ev dustaqlığında olan R.Hüseynova prokuror 10 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Onun vəkili də müdafiə çıxışı etmişdi. Prosesin başa çatması üçün özünün son söz deməsi və ardınca da hökmün elanı qalmışdı. Lakin R.Hüseynov noyabrın 22-nə təyin olunan məhkəmə iclasına gəlməmiş, bundan sonra onun haqqında ev dustaqlığı qətimkan tədbiri həbslə əvəz olunması barədə qərar çıxarılmışdı. R.Hüseynovun tutulması üçün qərar Daxili İşlər Nazirliyinə göndərilmişdi.