192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bu həftə 19 ölkədən ATƏT-in Parlament Assambleyasının müşahidəçiləri Ermənistana gələcəklər
2018-12-04 10:09:50

Dekabrın 9-da keçiriləcək parlament seçkiləri üçün bu həftə 19 ölkədən ATƏT-in Parlament Assambleyasının təxminən 40 müşahidəçisi Ermənistana gələcək.

ATƏT-in müşahidəçilərinin qısa müddətli missiyasının xüsusi kordinatoru Pyotr Osuski və ATƏT-in PA nümayəndə heyətinin sədri Naxima Lancrinin başçılığı ilə müşahidəçilər seçki gününün müşahidə missiyasından başqa, Yerevanda bir sıra görüşlərdə və brifinqlərdə iştirak edəcəklər.

“Cari il əvvəllərində baş vermiş dramatik hadisələr və hakimiyyətin dəyişdirilməsi bu seçkilər üçün vacib fon yaratdı və mən çox şadam ki, siyasət arenası indi küçədən sandıq qutusuna köçürüldü”,-deyə Naxima Lanci bildirib.

ATƏT-in PA müşahidəçiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin müşahidəçiləri ilə bütün Ermənistanda yerləşdiriləcəklər. Seçkilərin müşahidə missiyasının ilkin nəticələri və yekunları 10 dekabrda veriləcək.