192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda yaxınları vətənə xəyanətdə ittiham olunanlar yenidən Prezident Administrasiyasının önünə toplaşıblar
2018-12-04 11:35:57

Övladları, yaxınları vətənə xəyanətdə ittiham olunanlar dekabrın 3-də yenidən Prezident Administrasiyasının önünə toplaşıblar. Onlar AzadlıqRadiosunda deyiblər ki, prezidentlə görüş və övladlarına bəraət verilməsini, istintaq zamanı işgəncə vermiş, araşdırmanı düzgün aparmamış şəxslərin cəzalandırılmasını tələb edirlər.

Onların iddiasına görə, bəzisinin övladı istintaq zamanı işgəncə altında öldürülüb, bəzisi isə günahsız yerə həbs olunub, hazırda işlərinə Ali Məhkəmədə baxılır.

Valideynlər artıq beşinci dəfədir Prezident Administrasiyasına gəlirlər. Sonuncu dəfə onları dekabrın 3-də şöbə müdiri Fuad Ələsgərovun qəbul edəcəyi bildirilsə də, günün birinci yarısında onlarla Ələsgərovun köməkçiləri görüşüb və işin araşdırıldığı haqda məlumat verilib.