192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda yeni cərimələr oliqarxları yox, kiçik və orta biznesi hədəfləyir
2018-12-04 12:19:04

Yanvarın 1-dən Azərbaycanda bir sıra sahələrdə cərimələr artırılır. Məsələn, gələn ildən müqaviləsiz işə götürmənin cəriməsi hətta 6 min manat da ola bilər.

Beləki, yeni dəyişikliyə görə, işəgötürən belə hala ilk dəfə yol verərsə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox halda bu əmələ yol verdikdə 6000 manat maliyyə sanksiyası ilə üzləşə bilər. İndiki qanunla bunun cəriməsi bütün hallarda 1000 manatdır.

AzadlıqRadiosunun məlıumatına görə, işadamı, iqtisadçı ekspert Nazim Bəydəmirli düşünür ki, hökumətin məqsədi bu sahənin leqallaşdırılmasıdırsa, o zaman təkcə cərimələri artırmaqla buna nail olmaq mümkün deyil:

“Bu cür qanun pozuntularını şərtləndirən əsas amillər aradan qaldırılmalıdır. Əslində böyük şirkətlərin vergidən yayınması onlar üçün problem deyil. Bu cərimələr özəlliklə, kiçik və orta sahibkarlıq üçün hədəflənib. Mən isə bunu olduqca böyük cərimə hesab edirəm”.

Nazim Bəydəmirli hesab edir ki, cərimələr daha çox oliqarxların sahibi olduğu bizneslərə deyil, orta sahibkarlığa təsir edə bilər.

Samirə Musayeva deyir ki, əsas məqsəd şəffaflığın təmin olunması üçün bütün sahələrin leqallaşdırılmasıdır. Cərimələr də məhz sahibkarların, bir sözlə bütün vətəndaşların qanuna əməl etməsi üçün edilir.

Məsələn, gələn ildən icazəsiz yerdə maşınını park edənlər 10 manat cərimələncək. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 6000 manata qədər cərimələnəcəklər.

Ekspert: “Cərimələr məmur maaşlarına getməməlidir”

İqtisadçı Nazim Bəydəmirli cərimələrlə bağlı durumu təhlil edərkən, iki məqamı fərqləndirməyə çalışır. O deyir ki, birbaşa dövlət büdcəsinə daxil olan cərimələrin artırılmasının bu sahədə problemlərin həlli ilə izah edilməsini hardasa anlamaq olar. Amma ekspert əlavə edir ki, cərimələrin həmin orqanın əməkdaşlarının əməkhaqqına yönləndirilməsi heç bir halda qəbul olunan deyil:

“Hər hansı pozuntuya görə, qanunla nəzərdə tutulsa ki, vətəndaşlar hər-hansı bir inzibati xətaya görə inzibati tənbeh edilə və ya başqa formada cəzalandırıla bilər. Əməkdaşların maaşı bir başa cərimələrdən asılı olduğuna görə onlar çox vaxt cərimə tətbiq edirlər”.

Nazim Bəydəmirli ilk olaraq, vətəndaşları hüquqlarını bilməyə, qanunlara əməl etməyə və haqsız yerə cərimələndikləri zaman haqlarını tələb etməyə çağırır. Amma ekspert əlavə edir ki, bəzən bütün bu sadalananlar da haqsız yerə cərimələnmənin qarşısını ala bilməz.