192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan Dünya Enerji Şurasının tərtib etdiyi “energetika trilemmasının indeksi”ndə öz mövqeyini yaxşılaşdırıb
2018-12-04 12:33:00

Ermənistan Dünya Enerji Şurasının (World Energy Council - WEC) tərtib etdiyi “energetika trilemmasının indeksi”ndə öz mövqeyini yaxşılaşdırıb və WEC-nin 2018-ci il üçün tərtib etdiyi “energetika trilemmasının indeksi”ndə 125 ölkə arasında 43-cü sırada qərarlaşıb. Ölkəmiz 2017-ci ildəki siyahıda 52-ci yeri tutmuşdu.

Energetik İnfrastrukturlar və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hesabatda qeyd olunur ki, Ermənistan qonşu ölkələri olan İran və Gürcüstanla energetik sahədə əlaqələrini gücləndirir. Məsələn, İranla 400 kilovoltluq elektrik xəttinin tikintisi. Gürcüstanla da bu cür layihə hazırlanır.

Hesabata gorə, keçən il ərzində Ermənistanda günəş enerjisi sənayesində inkişaf qeyd olunub. 4 megavatlıq gücündə olan 4 fotovoltluq stansiya istifadəyə verilmişdir.

Gələcək illərdə Ermənistan bərpa olunan energetikasının, xüsusilə də günəş enerjisinin potensialını inkişaf etdirməyə davam edəcək.

Qeyd edək ki, “energetika trilemmasının indeksi” ölkələrin davamlı enerji sistemi ilə təminetmə qabiliyyətini üç bənd üzrə - enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji dayanıqlılıq prinsiplərinə əsasən qiymətləndirir.