192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Vəkil tutmaq istəyənlərin xərci artacaq
2018-12-04 15:20:49

Vəkillər Kollegiyasının yeni qərarına görə hər vəkildən orderinə görə 10 manat alınacaq.

Bu barədə məlumat kollegiyanın “Facebook” səhifəsində yerləşdirilib və vəkillər arasında müzakirələrə səbəb olub.

“Vəkillik haqqında qanun”a əsasən kollegiya üzvlük haqlarından maliyyələşir. Vəkillər Koll

egiyasının 1500 üzvü var və hər ay hər biri 54.60 manat üzvlük haqqı ödəyir ki, bu da aya 82 min manata yaxın vəsait edir.

Müzakirələrdə yeni qərarın qanunu pozub pozmaması aktual mövzulardan olub. Bundan başqa “İnformasiya əldə etmək haqqında” qanuna görə qurumlar maliyyə hesablarını açıqlamalı olduğu halda, kollegiyanın saytında maliyyə hesabatı dərc olunmur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV-yə deyib ki, onlar müstəqil qurumdur, qeyri-dövlət təşkilatı olduğundan bu cür qərarlar qəbul etməkdə sərbəstdirlər.

Anar Bağırov bildirib ki, 10 manat yalnız müqavilə olan işlərdə tətbiq olunacaq. Onun sözlərinə görə, məsələ vəkillərlə razılaşdırıldıqdan sonra qərar halına salınıb.

Kollegiya sədri “İnformasiya əldə etmək haqqında” qanuna əsasən ictimaiyyətə hesabat verməmələri barədə suala belə cavab verdi:

“Bizdən hesabatı yalnız vəkillər tələb edə bilər və biz hesabatımızı onlara veririk. Biz vəkillər qarşısında hesabat verən orqanıq. Dünyanın heç bir yerində Vəkillər Kollegiyası cəmiyyətə hesabat vermir, yalnız üzvləri qarşısında cavabdehdir. Bu, peşə birliyidir, bizi ictimai birliklə qarışdırmaq doğru deyil”.

Hüquqşünas Fərhad Mehdiyev hesab edir ki, “Vəkillik haqqında qanun”da maliyyə öhdəliyini qoymaq səlahiyyətinə malik orqan kimi üzvlərinin ümumi yığıncağının konfransı göstərilir.

Meydan TV-ə danışan hüquqşünas bildirib ki, qanunun 10-cu maddəsi bu məsələni özündə ehtiva edir.

"Qanunun 24-cü maddəsində deyilir ki, kollegiyanın vəsaiti daxil olan üzvlük haqqından yaranır. Bu mənada marka pulunu almaq və bunu vəsaitin toplanma mənbəyi kimi göstərmək 24-cü maddə ilə üst-üstə düşmür. Sualı belə qoymaq olar ki, saxta orderi həqiqi orderdən ayırmaq üçün markanın çapı vacibdirmi? Onda order markasının pulu maliyyə qiymətindən çox fərqlənməməlidir".

F.Mehdiyev hesab edir ki, vəkillərə maddi öhdəlik gətirən qərarı konfrans qəbul edirsə, ondan daha böyük öhdəliyi təbii ki, yenə konfrans qəbul etməlidir.

Vəkillər Kolegyasının saytında “Vəkil orderi və order markası haqqında” Əsasnamə dərc edilib.

Əsasnamədə qeyd edilir ki, vəkil orderi müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.

Sənəddə bildirilir ki, Order xərci bu barədə müvəkkil məlumatlandırılmaqla vəkil qurumunun rəhbəri, vəkil qurumunun hüquqi yardım göstərəcək vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən hüquqi yardım göstərilməsi haqqında müqavilə məbləğinə əlavə edilir.

Əsasnamədə order xərci ilə bağlı ayrıca bənd olsa da, xərcin nə qədər olması barədə məlumat yoxdur.