192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
'Dövlət məktəbində işləyən müəllim vergi ödəyəcək, özəldə işləyən yox'
2018-12-04 16:43:34

«İstər hökumətin, istərsə də Vergi Nazirliyinin islahatlar aparmaq niyyəti ciddidir və bu islahatların nə dərəcədə əhəmiyyətli olub-olmadığı yaxın vaxtlarda özünü göstərəcək».

REAL Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli vergi islahatları ilə bağlı şərhində bildirir.

O hesab edir ki, bərabərlik prinsipi pozulduğundan bu islahatlar problemlər də gətirəcək: «Bərabərliyin pozulması budur ki, islahatlar və ya 7 il müddətinə vergidən azad olunmaq güzəşti ancaq özəl sahəyə tətbiq edilir. Bu isə o deməkdir ki, eyni işi yerinə yetirən dövlət məktəbində dərs deyən müəllim gəlir vergisi ödəməkdə davam edəcək, amma özəl məktəbdə dərs deyən müəllim vergidən azad olunacaq».

Rəsmilər söyləyir ki, islahatların məqsədi kölgə iqtisadiyyatını kiçiltməkdir. N.Cəfərli düşünür ki, burada şərtlər yetərli deyil, işəgötürənlə işəgötürülənin üst-üstə düşən maraqları var.

İqtisadçının qənaətincə, elə bir şərait yaradılmalı idi ki, işəgötürülən işəgötürəni maaş sahəsində şəffaflığa məcbur etməkdə maraqlı olsun. Amma indiki halda işəgötürülən istər kölgə iqtisadiyyatının azaldılmasında, istərsə də şəffaflığın artırılmasında maraqlı görünmür.

N.Cəfərli vurğulayıb ki, nazirliyin hədəf və məqsədi düzgün olsa da, bu hədəf və məqsədi reallaşdıracaq vasitələr sona qədər düşünülməyib.

Milli Məclisin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliyə əsasən, qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.