Deputat: “Rus sektoruna gedən uşaqların sayının ilbəil artması məni narahat edir”
2018-12-04 17:09:03
“İlbəil rus sektoruna gedən uşaqların sayı artır. Bu, şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik. Nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır?”
“Report”un xəbərinə görə, bunu Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Gövhər Baxşəliyeva deyib.
O, rus dilinə qarşı olmadığını qeyd edib: “Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini Azərbaycan dilində alsınlar”.
Ən çox oxunan
2019-02-15 13:11:58
Arman Tatoyan Brüsseldə münaqişəli və postmünaqişəli zonalarda İH müəssisələrinin fəaliyyəti ilə bağlı müşavirələrdə iştirak edib
2019-02-15 17:57:01
"Azərbaycanda işsizliklə bağlı rəqəmlər reallığı əks etdirmir"
2019-02-15 11:00:12
NATO və ER Müdafiə nazirliyi yüksək səviyyəli konfrans keçirir
2019-02-15 16:18:29
Moskvada çeçenlər azərbaycanlının kafesinə silahlı hücum ediblər
2019-02-16 10:10:40
Stanislav Tarasov:” Ermənistanın həlledici bəyanatları Bakının diplomatik təşəbbüsünü itirməsinə səbəb olub”