192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Tonoyan AŞ Yerevandakı ofisinin sədrinə Karen Qazaryanın vəziyyəti haqqında ətraflı məlumat verib
2018-12-05 10:20:36

Silahlı Qüvvələrində insan hüquqlarına dair təhsil proqramının yaxşılaşdırılma və metodologiyanın gücləndirilmə məsələləri diqqət mərkəzində saxlanılmalı və “uniformalı vətəndaş” konsepsiyasına əsaslanaraq, hərbçilərin siyasi hüquqları barədə maarifləndirilməsinin artdırılması istiqamətində adımlar atılmalıdır.

Bu haqda ER müdafiə naziri vəzifəsini icra edən Davit Tonoyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ER-dakı fövqəladə və səlahiyyətli səfiri Cudit Marqaret Farnuort və Avropa Şurasının Yerevandakı ofisinin sədri Natali Vutova ilə görüşündə bildirib.

MN mətbuat xidmətinin məlumatına görə, görüşdə ER MN insan hüquqları və yaxşı davranış mərkəzinə ekspert yardımının təmin edilməsinə, o cümlədən müdafiə sahəsini tənzimləyən qanunvericilik təşəbbüslərinin sosyal təsirini qiymətləndirmə imkanlarının inkişafına əhəmiyyət verildi.

Müdafiə Nazirliyinin rəhbəri insan hüquqlarına dair bir məsələ olaraq qonaqlarına 2018-ci il iyun ayında Ermənistan-Azərbaycan sərhədini keçən ER vətəndaşı Karen Qazaryanla bağlı yaranmış vəziyyəti də ətraflı şəkildə təqdim edib.