192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Artsax humanitar jest olaraq, qanun çərçivəsində azərbaycanlı Elnur Hüseynzadənin vaxtından əvvəl azad edilməsinin mümkünlüyünü nəzərdən keçirməyə hazırdır: Artsax XİN
2018-12-05 11:15:55

Artsax Respublikasının XİN informasiya və ictimaiyyətlə əlaqələr şəbəsinin rəisi Artak Nersisyan Tert.am-ə müsahibədə Azərbaycan tərəfinin Azərbaycanda saxlanılan erməni girovlarını Artsaxda cəza çəkən Azərbaycan vətəndaşları ilə dəyişdirmə təklifinə toxundu.

Son zamanlarda Azərbaycanda saxlanılan erməni girovlarını Artsaxda cəza çəkən Azərbaycan vətəndaşları ilə dəyişdirməklə bağlı Azərbaycan tərəfindən səsləndirilən təklifləri necə qiymətləndirirsiniz?

İlk növbədə, iki tərəfdə olan şəxslərin statusu aydınlaşdırmaq lazımdır. Artsaxda məhkəmə qərarı ilə Azərbaycanın üç vətəndaşı öz cəzalarını çəkirlər. Onlardan ikisi Dilqəm Əsgərov və Şahbaz Quliyev bir sıra ağır cinayətlər törətmək, o cümlədən uşaq qaçırmaq və öldürmək üçün cəza çəkirlər. Beynəlxalq humanitar hüquq normalarına əsasən, onlar nə girov, nə də hərbi əsirdir.

Eyni zamanda, bizdə olan məlumatlara görə, Azərbaycanda üç erməni girovu vardır və onlar son illərdə Azərbaycan tərəfindən girov götürülmüşdür. Onlar Azərbaycan ərazisində heç bir cinayət törətmədilər. Bundan əlavə, onlardan ikisinin sağlamlıq problemləri vardır. Üçü də girovdur və onların Azərbaycanda girovluqda saxlanılması beynəlxalq humanitar hüquq normalarının, həmçinin «Adamların girov götürülməsinə qarşı mübarizə haqqında» Beynəlxalq Konvensiyanın kobud pozulmasıdır.

Azərbaycan tərəfinin motivləri aydındır. Bakı Artsaxda məhkəmə qərarı ilə öz cəzalarını çəkən cinayətkarları Azərbaycanda girovluqda olanlarıyla bərabər tutmaya çalışır ki, onları dəyişdirmə təklifini humanitar adım olaraq göstərsin, lakin həqiqi humanitar adımı erməni girovların azad edilməsi olacaqdı, çünki bu, qeyd edilmiş Konvensiya ilə də tələb olunur. Bakı bu adımı atmır və beləliklə, bu mövzuda humanizm haqqında danışa bilməz.

Artsax Respublikası hakimiyyətləri dəfələrlə bəyan etmişdir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmə və ya onları deyişdirmə mövzusunda müzakirələr etmədi və etməyəcək. Bundan əlavə, onları azad etmə çağırışları, qatil Səfərovla olduğu kimi, açıq-aydın cəzasızlığın və məsuliyyətsizliyin təşviqdir. Aydındır ki, Azərbaycan növbəti dəfə humanitar məsələləri öz siyasi maraqlarına görə manipulyasiya etməyə çalışır.

Artsax hakimiyyətləri humanitar jest olaraq, qanun çərçivəsində azərbaycanlı Elnur Hüseynzadənin vaxtından əvvəl azad edilməsinin mümkünlüyünü nəzərdən keçirməyə hazırdır, çünki o, Artsax ərazisində ağır və ya qəsdən ağır cinayət törətməmişdir.

Azərbaycanın erməni girovlarını, ilk növbədə sağlamlıq problemləri olanları azad etməklə bağlı cavab tədbirləri onların humanitar adım atmağa hazır olmalarını və Bakıdan səsləndirilən bəyanatların ciddiliyini göstərəcək.