192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda məhkumların sayı 23 faiz artıb
2018-12-05 15:46:56

Azərbaycanda hər 100 min nəfərə 249 məhkum düşür. Bu barədə Avropa Şurasının dekabrın 4-də dərc edilmiş "Avropada həbsxanalar" adlı hesabatında bildirilir.

Araşdırmada 2005-ci ildən 2015-ci ilədək dövr müqayisə olunur. 2005-2015-ci illərdə Avropada əhali sayına düşən məhkum sayı sabit qalıb. 2005-ci ildə şərqdən qərbə doğru getdikcə göstəricilər azalmağa başlayıb.

Amma istisnalar da var. Məsələn, İngiltərə, Uels, İspaniya və Portuqaliyada məhkumların sayı çoxdur, Xorvatiya, Yunanıstan, Sloveniya və Türkiyədə azdır.

2015-ci ildə Azərbaycanda 100 min adama 249,3 məhkum düşüb. Gürcüstanda hər 100 min nəfərə 274, Ermənistanda 129, Rusiyada 440 məhbus düşür.

2005-ci illə müqayisədə 2014/15-ci illərdə Azərbaycanda bəzi göstəricilər üzrə azalma müşahidə olunub. Belə ki, cəzaçəkmə müəssisələrinə girənlər 24%, 10 min məhkuma düşən ölüm halları 38%, intihar halları 70% azalıb.

Ancaq məhkumların ümumi sayında 23%, həbsxanalardakı sıxlıqda 25%, qadın məhkumların sayında 83%, əcnəbi məhkumların sayında 12% artım olub.

Nəzarətçilərin sayı 298%, həbsxana administrasiyasının saxlanmaı xərcləri 11% artıb