192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
11 ayda Gürcüstana bir milyondan çox azərbaycanlı gedib
2018-12-05 16:50:20

Bu ilin yanvar-noyabr aylarında Gürcüstana səkkiz milyondan çox əcnəbi gəlib. Bu, ötən illə müqayisədə 10,6 faiz çoxdur.

Oxu.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında Gürcüstanın Milli Turizm Administrasiyasının sədri Georgi Çoqovadze məlumat verib.

Turizm vizalarının sayı 11 ayda 4 milyon 486 min 500-dən çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% çoxdur.

Bu ilin 11 ayı ərzində Gürcüstana daha çox Rusiya, Azərbaycan (1 milyon 311 min 907 nəfər), Ermənistan və Türkiyədən səfərlər edilib.