192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ekspert: Badamdar sürüşmə zonası tamamilə çökə bilər
2018-12-05 15:23:25

Badamdar sürüşmə zonasında lay sınarsa, həmin ərazidə yerləşən binalar tamamilə çökəcək.

Bunu Oxu.Az-ın bildirdiyinə görə, şəhərsalma məsələləri üzrə ekspert Cahangir Qocayev deyib.

Onun sözlərinə görə, bunun üçün həmin ərazidə təcili mühafizə tədbirləri görülməlidir.

“Yoxsa Bayıl yaylasının çökməsini müşahidə edəcəyik. Torpağı su yuyub aparacaq”.

Cahangir Qocayev bildirib ki, keçmiş “Bayıl bazarı”nın qarşısında inşa edilən hündür binalar sökülməlidir:

“Yol kəsilməlidir. Əks təqdirdə ora da sürüşəcək. Bayılın adı da həmin dövrdə “torpağın bayılması” sözündən əmələ gəlib. Bayıl yaylasını eyni təhlükə gözləyir. Əvvəldən orada evlərin tikilməsinə icazə verilməməli idi. Mənim insanlara yazığım gəlir. Çünki insanlar evlərindən olacaq, dövlət də onlara kompensasiya vermək məcburiyyətində qalacaq”. 

“Bakının ən riskli sürüşmə zonaları Badamdar, Zığ yolu sayılır. Həmin ərazidə 16 mərtəbəli bina tikilmişdi. Daha sonra o binanın mərtəbələri azaldıldı”, - deyə qeyd edilib.