192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER və Azərbaycan XİN rəhbərlərinin görüşü proseslə bağlı mövqelərlə tanış olma məqsədini daşıyırdı: XİN
2018-12-06 10:20:43

Dekabrın 5-də Milanda ATƏT-in Nazirlər Şurası çərçivəsində ER xarici işlər naziri vəzifəsini icra edən Zohrab Mnatsakanyan Azərbaycan Xİ naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdən öncə ER XİN rəhbəri ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

Bu haqda ER XİN-dən məlumat verilir.

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin ikinci görüşü sülh prosesinə dair bir-birinin mövqeləri və yanaşmaları ilə ətraflı şəkildə tanış olma məqsədini daşıyırdı. Bu kontekstdə faydalı fikir mübadiləsi aparıldı.

Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov yaranmış dinamikanı saxlayaraq gələcəkdə də görüşlər keçirməyə razılaşdılar.