Ermənistan İctimai Televiziyasının canlı yayımında seçkiöncəki böyük debatı keçirilib. Debat 3 saat 30 dəqiqə sürüb.
Debatda 9 dekabrda növbədənkənar parlament seçkilərində iştirak edən bütün siyasi güclərinin liderləri "Ermənistan Respublikaçılar" partiyasından (ERP) Vigen Sargsyan, "Mənim adımım" blokundan Nikol Paşinyan, “Vətəndaşın Seçimi - Sosial Demokratik” partiyasından Suren Sahakyan, “Daşnaksütyun” partiyasından Armen Rustamyan, “İşıqlı Ermənistan” partiyasından Edmon Marukyan, “Xristian Demokratik İnkişaf” partiyasından Levon Şirinyan, “Milli İnkişaf” partiyasından Lusine Haroyan, "Biz" blokundan Aram Sargsyan, “Orinats Yerkir” partiyasından Artur Bağdasaryan, “Sasna Tsrer” partiyasından Varujan Avetisyan, və “Çiçəklənən Ermənistan” partiyasından Qagik Tsarukyan iştirak edirdi.
Debat ərzində siyasətçilər öz partiyalarının proqramlarından, Artsax məsələsinin nizamlanmasından, Ermənistanın iqtisadiyyatından, korupssiyaya qarşı mübarizədən və bir sıra başqa məsələlərindən danışaraq öz mövqelərini təqdim ediblər.