192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Basta.info saytının redaktoru öz həbsini istisna etmir
2018-12-06 11:38:54

Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün yenidən müttəhim qismində keçdiyi iş üzrə Bakı Şəhər Prokurorluğuna çağırılıb. M.Hacıbəyli bildirib ki, bu gün ona qarşı yeni məzmunda ittiham irəli sürülüb. Onun sözlərinə görə, ittiham maddələri eyni qalıb. Lakin əvvəlki məzmunda qrupun tərkibində cinayətkar əməldən söz gedirdisə, hazırda bu formul götürülüb.

O, ittihamı uydurma kimi qiymətləndirərək istintaq qrupuna etiraz edib.

İstintaqın gedişini Turan-a şərh edən redaktor həbsini istisna etməyb. Belə ki, ölkədə düzgün və ədalətli məhkəmə yoxdur. "İttiham üçün əsas olmasa da müstəntiqlər işi məhkəməyə vermək üçün çox tələsirlər", - o qeyd edib.

Xatırladaq ki, iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.

Mustafa Hacıbəli Azərbaycanın görkəmli müxalifətyönlü jurnalistlərindən biridir. 20 ildən çoxdur ki, müxtəlif KİV-də çalışıb. O, Müsavat Partiyasının rəhbəri Arif Hacılının qardaşıdır.