192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan “Qlobal Terrorçuluq İndeksi 2018” hesabatında öz mövqeyini yaxşılaşdırıb
2018-12-06 12:43:45

Qlobal Terrorçuluq İndeksi 2018” hesabatında deyilir ki, 2017-ci ildə dünyada terrorçuluq nəticəsində ölənlərin sayı 27 faiz azalıb, ən böyük azalma İraq və Suriyada baş verib. Hesabata görə, 94 ölkədə durum yaxşılaşıb, 46-da pisləşib. Bu, 2004-cü ildən bəri qeydə alınmış ən yüksək göstəricidir

Terror aktlarında həlak olanların sayı İraqda 5 min, Suriyada isə min nəfər azalıb. Bunun əsas səbəbi İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının məğlubiyyəti ilə izah olunur. 2017-ci ildə İŞİD-ə bağlı terror hücumlarında ölənlərin sayı 52 faiz azalıb. Ancaq yenə də İŞİD dünyada ən çox ölümə səbəb olan terror qrupu sayılır. Qlobal Terrorçuluq İndeksi terrorçuluğun hələ də geniş yayıldığını, bəzi regionlarda durumun lap pisləşdiyini qeyd edir.

“Qlobal Terrorçuluq İndeksi 2018” hesabatında Ermənistan 138 ölkə içində 83-cüdür. Hesabata görə, ölkəmizdə terrorizmin təsiri çox aşağıdır. Keçən il Ermənistan 75-ci yerdə idi. Qonşu ölkələrdən Türkiyə 12, Gürcüstan 89 və Azərbaycan 98-ci yerdədir.