192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fransanın GEO jurnalında Artsaxa həsr olunmuş məqələ dərc olundu
2018-12-06 12:14:27

Fransanın nüfuzlu GEO jurnalında Artsaxa həsr olunmuş 16 səhifəlik məqalə dərc olundu. Məqalə müəllifi jurnalisti Patrik Buatedir.

“Dağlıq Qarabağ: Qafqazın qara bağı” adlı məqalədə oxuculara Artsaxın monastırları və parkları göstərilir. Məqalədə Ermənistanın bir hissəsi olan, tanınmayan bir dövlətin cazibədarlığını göstərilir.

Məqalədə 19-cu əsr əvvələrindən bəri Artsaxın tarixi, Qarabağ münaqişəsi və nizamlanma prosesinin bəzi nüansları, Artsaxın tarixi-mədəni irsi, iqtisadiyyatı və bunun müxtəlif sahələri, xüsusilə də turizmin inkişafı və müharibə təhlükəsində yaşayan artsaxlıların gündəlik həyatı təqdim edilir. Müəllif vurğulayır ki, qeyri-müəyyən statusa baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf edir və ildə 10% artım qeyd olunur:

“Ermənilər üçün Artsax tarixlə dolu bir yerdir. Milli müqavimətin ürəyi, düşmənin hücum etdiyi zamanı sığındıqları son qalası olan monastırlar (Dadivank, Qandzasar) oradadır və bunlar ermənilərin tarixi-mədəni irsinin ən gözəl nümunələrindəndir”.