192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Parlament seçkilərində iştirak edən siyasi güclərin debatında Artsax məsələsinin həlli yollarından danışıldı
2018-12-06 12:51:27

Ermənistan İctimai Televiziyasının canlı yayımında seçkiöncəki böyük debatında 11 siyasi partiyanın liderləri Artsax məsələsinin həlli ilə bağlı öz müvqelərini təqdim etdilər.

"Ermənistan Respublikaçılar" partiyasından (ERP) Vigen Sargsyanın fikrincə, Silahlı Qüvvələrin modernləşdirilməsinə diqqət yetirməlidir. “Daşnaksütyun” partiyasından Armen Rustamyan qeyd etdi ki, Artsax Respublikası tanınmadan və onun ərazi bütövlüyü bərpa olunmadan, status-kvo dəyişdirilə bilməz. Onun fikrincə, müzakirələr bu istiqamətdə aparılmalıdır.

“Biz məsələ həllini Artsax xalqı kimi təsəvvür edirik. Artsax Konstitusiyasının 175-ci maddəsində isə, deyilir ki, Artsax Respublikasının ərazi bütövlüyünün berpasına və sərhədləri tənzimləməsinə qədər hakimiyyət DQR yurisdiksiyası altında olan ərazidə olacaq”,-deyə Rustamyan qeyd etdi.

“Mənim adımım" blokunun lideri Nikol Paşinyan yenidən bldirib ki, Artsax Respublikası müzakirə tərəfi olmalıdır və Artsaxın tam iştirakı olmadan məslə həllindən söz gedə bilməz: “Artsax məsələsinin həlli ilk növbədə xalqdır. Xalq olmadan həll oluna bilməz”.

“İşıqlı Ermənistan” partiyasından Edmon Marukyan Ermənistan və Artsax sərhədlərinin təhlükəsizliyi üçün güclü iqtisadiyyatın olmasına əhəmiyyət verib. “Biz” blokun lideri Aram Sargsyan ordunun daha 20 min müqaviləli hərbi qulluqçularla təmin edilməsinə və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları cəbhə xəttindən çıxarılmasına önəm verib.

“Çiçəklənən Ermənistan” partiyasından Qagik Tsarukyan da qeyd etdi ki, Ermənistanda ilk olaraq hərbi sənaye sektoru inkişaf edilməlidir.