192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Davit Tonoyan ABŞ Kanzas ştatının Milli Qvardiyasının nümayəndə heyətini qəbul etdi
2018-12-07 12:22:02

ER Müdafiə nazirinin vəzifəsini icra edən Davit Tonoyan ABŞ Kanzas ştatının general-adyutant, Milli Qvardiyasının komandiri, general-mayor Li Tafanelinin başçılıq etdiyi nümayəndə heyətini və ABŞ-ın ER-dakı müvəqqəti işlər vəkili Rafik Mansuri qəbul etdi.

ER MN-dən verilən məlumata görə, görüş zamanı əməkdaşlığın cari səviyyəsi yüksək qiymətləndirildi. Görüşdə əməkdaşlığın inkişafına dair məsələlər də müzakirə edildi.

ER Müdafiə naziri vəzifəsini icra edən Davit Tonoyan qeyd etdi ki, 15 illik əməkdaşlıqda ER Silahlı Qüvvələri və Kanzas Milli Qvardiyası Ermənistan-Amerika əməkdaşlığın önəmli olan bir sıra layihələri həyata keçirdilər və həyata keçirməyi davam edəcəklər.

General-mayor Li Tafaneli qeyd etdi ki, Kanzas Milli Qvardiyası dövlət əməkdaşlıq proqramına əsasən, Ermənistanın tərəfdaşı olaraq, sülhməramlılıq, hərbi tibb, kadr hazırlığı və digər ənənəvi istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməyə və eyni zamanda yeni təşəbbüslərinə müsbət reaksiya verməyə davam edəcək.