192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Mühacir bloqqer Teymurxan terrora çağırışda suçlanaraq axtarışa verildi
2018-12-07 15:54:44

Hollandiyada yaşayan mühacir bloqqer Orduxan Teymurxan oğlu Bəbirov barədə həbsli axtarış qərarı çıxarılıb. Məhkəmə bu qərarı prokurorluğun təqdimatı əsasında verib.

Bu barədə AzadlıqRadiosuna prokurorluqdakı mənbədən bildirilib.

Mənbənin məlumatına görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra fəallar, o cümlədən sosial şəbəkələrdə «Orduxan Teymurxan» adıyla tanınan O.Teymurxan haqqında da cinayət işi başlanıb. Onun haqqında həbsli axtarış qərarının çıxarılması üçün prokurorluq Nəsimi Rayon Məhkəməsinə müraciət edib: «Noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova bu işə baxıb və qərar çıxarıb».

O.Teymurxan təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar - təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsindəki mənbə də AzadlıqRadiosuna xəbəri təsdiqləyib.

Qanunda bloqqerin ittiham olunduğu maddələrdə terrorçuluğa açıq çağırışa görə 5 ilə qədər, kütləvi iğtişaşlara çağırışa görə 3 ilə qədər, dövlət əleyhinə yönəlik çağırışlara görə isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, O.Teymurxan sosial şəbəkələrdə, bloqlarında Azərbaycan hökumətini tənqid etdiyinə görə bu ölkədə yaşayan qohumlarının təqiblərə məruz qaldığını, həbs olunduğunu bildirmişdi.