192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"Televiziyalar əxlaqsızlıq yayır": A. Abbas
2018-12-07 16:44:52

Deputat Aqil Abbas dekabrın 7-də Milli Məclisin iclasında özəl televiziyaları tənqid edib. Onları əxlaqsızlıq yaymaqda ittiham edib. Bu haqda xəbəri "Report" yayıb.

O, Azərbaycan Dövlət Televiziyası, "Mədəniyyət" kanalı və İctimai Televiziya istisna olmaqla, yerdə qalan televiziyaların fəaliyyətini mənfi qiymətləndirdiyini söyləyib.

A.Abbas televiziyaların cəzalandırılmasını təklif edib: "Kimsə kiminsə başını qırxıb, qayınana gəlinlə dalaşıb və s. - bütün müzakirələr bunlardır. Mətbuat Şurasının "qara siyahı"sı var, fəaliyyəti neqativ olan saytların adı ora daxil edilir, hətta hüquq-mühafizə orqanlarına müraciət olunur".

Deputat Mətbuat Şurası kimi, Milli Televiziya və Radio Şurasında da belə bir siyahı hazırlanmalı olduğunu təklif edib.

"Quruma səlahiyyət verilməlidir ki, televiziyaları cəzalandırsın, cərimə tətbiq etsin. Televiziyalar əxlaqsızlıq yayır. Deputat Gövhər Baxşəliyeva deyir ki, rus məktəbləri lazım deyil. Camaat uşağını rus məktəbinə qoyur ki, heç olmazsa, Rusiya televiziyalarına baxa bilsinlər. Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər?", - deputat söyləyib.

Deputat G.Baxşəliyeva bu günlərdə Azərbaycanda rus bölməsində oxuyanların sayının ildən ilə artmasından narazılığını ifadə etmişdi.