192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan gündəlik neft hasilatını 20 min barel azaltmaq öhdəliyi götürüb
2018-12-08 13:02:00

Cümə günü Vyanada OPEC+ nazirlərinin görüşündə oktyabrla müqayisədə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılması haqqında razılaşma əldə edilib.

2019-cu ilin yanvarında OPEC-ə üzv ölkələr (Neft İxrac Edən Ölkələr Təşkilatı) hasilatı 800 min barrel, kartelə daxil olmayan dövlətlər isə 400 min barrel azaldacaqlar.

"Dünya neft bazarının nizamlanması prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın azaldılması sazişinə qoşulub. Oktyabr ayında gündəlik neft hasilatı 783 min barrel olan Azərbaycan müvafiq hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə, Azərbaycan növbəti ildən gündəlik hasilatı 763 min barrel həcmində saxlamalıdır", deyə ölkənin Energetika Nazirliyinin məlumatında bildirilir.