192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əkrəm Həsənov: “Biz növbəti ilə daha bir böyük problemlə gedirik“
2018-12-10 12:38:05

"Azadllq.info" "Kənd Təsərrüfatının dəhşət doğuran rəqəmləri" sərlövhəli məqalə diqqət çəkir .

Sayt  Azərbaycan kənd təsərrüfatındakı durumla bağlı kənd təsərrüfatı mütəxəssisi, iqtisadçı ekspert Vahid Məhərrəmlinin düşüncələrinə yer verir.

Ekspert deyir ki, ölkə təlabatının 1,7 faizi qədər düyü, 1,2 faizi qədər çay istehsal edən hakimiyyət "Çay, çəltik və sitrus festivalı" keçirir.

Dövlət Statistika Komitəsinin məlumatlna əsasən ekspert deyir ki, 2016-cı ildə ölkədə 5,4 min ton təmizlənmiş düyü istehsal olunub, həmin ildə 48,1 min ton isə düyü idxal edilib: "Ümumilikdə, 2016-cı ildə ümumi istifadə 54,4 min ton təşkil edib ki, bunun da 41,4 min tonundan ərzaq məhsulu kimi istifadə olunub. Bu isə adambaşına 4,2 kiloqram düyü deməkdir".

V.Məhərrəmli vurğulayır ki, DSK-nın məlumatına görə, Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi 2016-cı ildə 10,1 faiz təşkil edib və nəzərə alaq ki, adambaşın istehlak norması il ərzində 32,8 kiloqram nəzərdə tutulur.

Bundan irəli gələrək V.Məhərrəmli bildirir ki, Azərbaycan istehsal etdiyi 5,5 min ton düyü ümumi təlabatın 1,7 faizi qədərdir.

Ekspert son 18 il ərzində ölkədə düyü istehsalının kəskin şəkildə azaldığını, əvəzində isə düyü idxalının artdığını deyir: "Belə ki, 2000-ci ildə ölkədə 22,2 min ton düyü istehsal olunduğu halda, sonrakı illərdə bu göstərici 8 dəfə azalıb".

"Moderator.az"da isə "Bank sektoru ilə bağlı bütün problemlərin həlli 2019-cu ilə qaldı" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif 2018-ci ili bank sektorundakı problemlərin həlli baxımından nə dərəcədə faydalı saymağın mümkünlüyünü bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla müzakirə edir.

Ekspertin deməsinə görə, cari ildə bank sektorundakı əsas problemlərdən demək olar ki, heç biri həllini tapmayıb, müsbət məqam kimi manatın sabitliyinin qorunmasını göstərmək olar. Ə.Həsənov hesab edir ki, bank sektoruna cavabdeh qurumlar arasında həmrəyliyin olmaması, bəzi hallarda fikir ayrılıqları problemlərin həlinə mənfi təsir göstərir. Bank sektorundakı problemlərin həlli ilə bağlı ortaya konkret bir plan, proqramın qoyulmamasını ekspert təəssüf doğuran hal hesab edir.

Ekspert ölkənin bank sistemində bir neçə neqativ cəhəti də xatırladır: "2016-cı ilin dekabrında dövlət başçısı tərəfindən təsdiq olunmuş maliyyə bazarlarının inkişafı ilə bağlı strateji yol xəritəsinə əsasən, bu ilin sonuna başa çatmalı olan bankların sağlamlaşdırılması prosesi bitmədi. Mərkəzi Bank problemli kreditləri olan banklara kredit vermədi. Bank sisteminn bütün problemlərinin həlli 2019-cu ilə qaldı".

Ə.Həsənov hesab edir ki, 2019-cu ildə əmanətlərin tam sığortalanması haqqında qanunun müddətinin uzadılıb-uzadılmaması ilə bağlı problemə aydınlıq gətirilməlidir: "Biz növbəti ilə daha bir böyük problemlə gedirik, gələn il martın 4-dən sonra əmanətlərin tam sığortalanması ilə bağlı qanun öz qüvvəsini itirəcək. Qanunun müddətinin uzadılıb-uzadılmaycağı isə hələ bəlli deyil".