192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Seçkilər şəffaf və açıq mühitdə keçirildi: MDB müşahidə missiyası
2018-12-10 13:30:43

Seçkilər şəffaf və açıq mühitdə keçirildi, insanların iradəsi təmin edildi. Bunu MDB müşahidə missiyasının sədri Viktor Guminski jurnalistlərlə söhbətdə dekabrın 9-da keçirilmiş növbədənkənar parkament seçkilərinin nəticələrini yekunlaşdırırkən bildiridi.

“MDB müşahidəçiləri qısamüddətli və uzunmüddətli monitorinqin nəticələri ilə yekunlaşdırdılar ki, dekabrın 9-da ER-da növbədənkənar parlament seçkiləri Konstitusiya və Seçki Məcəlləsinə uyğun keçirildilər”,-deyə o əlavə etdi ki, seçkiöncəsi kampaniya qısamüddətli idi, lakin bütün siyasi güclər üçün bərabər şəraitlər mövcuddu.

“İctimai televiziya və radio tərəfindən bütün qüvvələrə bərabər efir vaxtı verildi. Bundan başqa, onların ödənişli efir vaxtından istifadə etmək imkanı da var idi”,-deyərək o vurğuladı ki, ER seçkilərində ilk dəfə dekabrın 5-də televiziya ilə siyasi liderlərin 3 saatdan artıq sürən debatı keçirildi.